ZARA işçilərini kütləvi şəkildə ixtisar edir
    • 31-08-2022, 14:20
    • 327

ZARA işçilərini kütləvi şəkildə ixtisar edir

İspaniyanın "Inditex" şirkətinə məxsus ZARA mağazalar şəbəkəsi Rusiyadakı işçilərini kütləvi şəkildə ixtisar etməyə başlayıb.

News24.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, menecerlərə xaricdə iş təklif olunur.

Həmçinin işçilər ofisə çağırılaraq onlara beş aylıq maaşlarını dərhal ödəyəcəyi, bunun əvəzində isə qarşılıqlı razılaşma əsasında işdən çıxarılmaqları təklif edilib.

Bəzi menecerlərə Belarus və ya Hollandiyada iş təklif olunub.