Bu məşhur brendlər Rusiyadakı fəaliyyətini dayandırdı
    • 6-03-2022, 10:11
    • 2 103

Bu məşhur brendlər Rusiyadakı fəaliyyətini dayandırdı

“Zara”, “Zara Home”, “Massimo Dutti”, “Bershka”, “Oysho”, “Pull & Bear”, “Stradivarius” və “Uterqüe” kimi iri mağazalar şəbəkələrinin sahibi olan İspaniyanın “Inditex” şirkəti Rusiyadakı fəaliyyətini dayandırır.

News24.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, şirkət 502 mağazasını (onlardan 86-sı “Zara”) bağlayır və onlayn satış həyata keçirməyəcək.

Məlumata görə, şirkətin ümumi mənfəətinin təxminən 8,5 faizi Rusiyanın payına düşür.

Şirkətin açıqlamasında deyilir ki, bütün mağazalar icarə əsasında fəaliyyət göstərir, ona görə də investisiya maliyyə baxımından cari maraq doğurmur.