Facebook, Instagram və WhatsApp-da ödənişli funksiya dövrü BAŞLAYIR
    • 1-09-2022, 12:16
    • 473

Facebook, Instagram və WhatsApp-da ödənişli funksiya dövrü BAŞLAYIR

Meta milyardlarla istifadəçisi olan Facebook, Instagram və WhatsApp-da ödənişli funksiya tərtib etməyi düşünür.

News24.az The Verge-yə istinadla xəbər verir ki, ödənişli funksiya tərtib etmək üçün yeni təşkilat yaradılacaq.

Meta bu qərarı Apple-ın iOS-da rəqəmsal reklam xərclərinin geri çəkilməsindən ciddi zərər çəkdikdən sonra verib.

Qeyd edək ki, Meta-nın gəliri demək olar ki, tamamilə reklamlardan gəlir və onun tətbiqlərində artıq bir neçə pullu funksiya var.

Qumral Əliyeva