Bir çoxuna nümunə olan sənətkarın ad günüdür - VİDEO
    • 29-12-2018, 15:55
    • 823

Bir çoxuna nümunə olan sənətkarın ad günüdür - VİDEO

Bu gün Azərbaycanın populyar estrada müğənnisi, Azərbaycan Respublikasının Xalq Artisti Faiq Ağayevin doğum günüdür.

Yaradıcılığının 30, ömrünün 47-ci ilini yaşayan 100% F.A sənətə gəldiyi gündən Azərbaycanın sevilib-seçilən sənətçilərindən olub. İfa etdiyi hər bir mahnısı ilə xalqın sevgisini və rəğbətini qazanan sənətkar "Dahi", "Azərbaycan", "Səni əvəz eləmir", "Vəfasızım", "Ömür bumu", "Get, dönmə geri", "Ayrılma məndən", "Bağışlaram səni", "Sən elə bilirdin", "Pəncərə", "Ola bilməz" və bu kimi bir çox şedevrlər ifa edərək, Azərbaycan musiqisinə bəxş edib.

Faiq Ağayevin Azərbaycan müğənniləri arasında istər mədəniyyət, istərsə də intellektual baxımdan hər zaman seçildiyi diqqətdən qaçılmaz olub. Bu kimi üstün keyfiyyətlərinə görə xalq artisti hər zaman sevilərək, rəğbət qazanıb. Bir sözlə, Faiq Ağayev bir sənətkar olaraq daim nümunə olmağı bacarıb! 

Sənətkarımızı News24.Az adından təbrik edir və hər daim uğurlar diləyirik!

Azər NƏSİBOV