Azərbaycanda loqopedik mərkəzdə uşaqlara şiddət göstərilir - ŞOK VİDEO - YENİLƏNİB
    • 3-09-2022, 11:38
    • 637

Azərbaycanda loqopedik mərkəzdə uşaqlara şiddət göstərilir - ŞOK VİDEO - YENİLƏNİB

"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə reabilitasiya mərkəzində çəkildiyi iddia olunan video görüntülərlə bağlı məsələ Ombudsmanın nəzarətindədir".

Bu barədə News24.az-a Ombudsman Aparatından məlumat verilib.

"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən video görüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülüb və bununla bağlı müvafiq qurumlara müraciətlər edilib", - məlumatda qeyd olunub.

***

10:33


Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.


***

10:18


Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə News24.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır: "Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq".

***

09:30


Bakıda loqopedik mərkəzdə uşaqlara şiddət göstərilir.

News24.az xəbər verir ki,  bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında videogörüntlər paylaşılıb.

Məlumata görə, video Neftçilər metro stansiyasının yaxınlığında yerləşən "Mehnur" loqopedik mərkəzində qeydə alınıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. 

Sözügedən görüntüləri təqdim edirik: