-
- 31-12-2018, 15:00
- 6 021
"Qar qız" haqqında bilmədiklərimiz
Hər Yeni il bayramı günlərində Şaxta baba haqqında çox danışılır. Lakin Yeni ili qeyd edən bir sıra ölkələrdə Şaxta baba, Santa klaus, bir sözlə, Yeni ilin əsas simvolu tək olmur. Bəs görəsən, hər zaman Şaxta babanın yanında görməyə alışdığımız Qar qız əslində kimdir?
News24.az xəbər verir ki, Qar qız haqqında dəfələrlə kinolar və cizgi filimləri çəkilib. Bu obrazın yaranma tarixi uzaq keçmişə gedib çıxsa da, onun Şaxta babanın nəyi olması ilə bağlı müzakirələr hələ də davam edir.
Həmişə Şaxta baba ilə birlikdə görməyə alışdığımız bu obrazı canlandıranlar da əslində kim olduqlarından xəbərsizdirlər.
Qar qız Şərqi slavyanların folklor personajı olaraq yaradılıb. İvan və Mariyanın uşaqları olmadığından onlar qaradamı düzəldiblər. Nağılda qar adamı qıza çevrildiyindən o, məhz "Qarqız" adlandırılıb.
Maraqlısı odur ki, Yeni ili qeyd edən əksər ölkələrdə də Qar qız obrazı mövcuddur. Onlar uşaqları əyləndirir və hədiyyələr paylayırlar. Sadəcə olaraq fərqli formada. Məsələn, İtaliyada Qar qız küpəgirən qarı və ifritə formasında, Hollandiyada zənci kimi qarşınıza çıxır. Çexiyada isə iki cür olur - Şeytan və Mələk cildində Santa klausun yanında dururlar. Onlardan biri kartof, digəri isə şirniyyat paylayır. Əsas məqsəd isə uşaqlara pisliyi və yaxşılığın fərqini izah etməkdən ibarətdir.
Bir sözlə, əfsanələrin müxtəlifliyindən asılı olmayaraq insanlar hər Yeni ildə onları gözləyirlər. Ən əsası da inanırlar. Yaxud da inanmaq istəyirlər…