Rusiya Zelenski ilə görüşən xarici aktyorlara sanksiya tətbiq etdi
    • 5-09-2022, 17:00
    • 610

Rusiya Zelenski ilə görüşən xarici aktyorlara sanksiya tətbiq etdi

Rusiya Vaşinqtonun sanksiyalarına cavab olaraq 25 ABŞ vətəndaşına qarşı fərdi sanksiyalar tətbiq edib.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, sanksiya tətbiq edilən bu şəxslər sırasında ABŞ Konqresinin üzvləri, yüksək vəzifəli məmurlar, eləcə də Şon Penn və Ben Stiller kimi aktyorlar da var. 

Sanksiya siyahısına salınan şəxslərin daimi əsaslarla Rusiyaya daxil olmasına qadağa qoyulur. 

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Şon Penn və Ben Stiller müxtəlif vaxtlarda Ukraynada ölkə Prezidenti Volodimir Zelenski ilə görüşüblər.