Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ağacların kəsilməsi ilə bağlı məlumat yaydı
    • 6-09-2022, 13:01
    • 388

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ağacların kəsilməsi ilə bağlı məlumat yaydı

Xətai rayonu, Cavanşir küçəsi 36-38 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov News24.az-a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda “Abad Həyət" layihəsi çərçivəsində abadlaşdırma işlərinin aparıldığı və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən 2 aşmış ağacın götürüldüyü, digər ağaclara isə aqrotexniki qulluq göstərildiyi müəyyən edilib.