NASA asteroidin ətrafına tədqiqat peyki çıxarıb
    • 1-01-2019, 11:18
    • 1 244

NASA asteroidin ətrafına tədqiqat peyki çıxarıb

NASA Bennu asteroidi ətrafına “OSİRİS-Rex (Origins Spectral İnterpretation Resource İdentification Security – Regolith Explorer) tədqiqat peyki çıxarıb.

Asteroidin diametri 500 metrdir. 
Bəzi hesablamalara görə, Bennu 2182-ci ildə Yer kürəsinə təhlükəli dərəcədə yaxınlaşacaq. Ona görə də 2016-cu ildə bu asteroidi tədqiq etmək məqsədilə adıçəkilən peyk fəzaya buraxılmışdı. İlkin mərhələdə asteroiddən orta hesabla 7 kilometr məsafədə 50 saat ərzində dövrə vuraraq cismin kütləsi və hərəkəti barədə məlumat toplayacaq peyk 2020-ci ilin ortalarında asteroidin üzərinə enərək torpaq nümunəsi götürəcək. Həmin nümunənin 2023-ci ilədək Yer kürəsinə çatdırılması nəzərdə tutulur.