-
- 6-09-2022, 17:02
- 582
Bakıda vəhşi heyvanlar niyə çoxalıb və nə etməliyik? – Ekspert AÇIQLADI
“Son zamanlar şəhərlərdə, xüsusilə, yaşayış obyektlərində, bağlarda vəhşi heyvanların sayı artıb. Səbəb isə odur ki, artıq yaşayış obyektləri meşələr və çöllük ərazilərlə birləşib. 20-30 il öncəki Bakıda yaşamırıq”.
Bu barədə News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.
Xidmət rəisi şəhərlərdə vəhşi heyvanların sayının çoxalmasının səbəblərini belə izah edib: “Əvvəllər Bakı şəhəri Xırdalanda bitirdi, digər yerlər çöllük ərazilər idi. Sumqayıt şəhəri isə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bitirdi, sonrakı ərazilər açıqlıq idi. İndi çöllük dediyimiz yerlərdə də artıq yaşayış var. Heyvanlar da qida tapmaq məqsədilə yaşayış məntəqələrinə üz tuturlar. Əlbəttə, bu, xoşagəlməz haldır. Vəhşi heyvanlar sanitar-epidemioloji vəziyyət nöqteyi-nəzərindən fəsadlar yarada bilərlər. Bundan əlavə, köməksiz insanlara təhlükə yaratmaq ehtimalları var. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti daxilində bir komissiya yaradılıb. Həmin komissiyada həm nazirliyin əməkdaşları, həm də Milli Elmlər Akademiyasının nümayəndələri fəaliyyət göstərir. Vətəndaş vəhşi heyvanla rastlaşdığı təqdirdə nazirliyə həm məktubla, həm də 168 “Qaynar xətt”inə şifahi müraciət edə bilər. Çox qısa müddətdə vətəndaşların şikayəti qeydə alınır və həmin əraziyə baxış keçirilir. Nəticə etibarilə müvafiq mütəxəssislər cəlb edilməklə ərazidə zəruri tədbirlər görülür”.