Qubadlıda şok hadisə - Şirkət işçiləri həbs edildi
    • 6-09-2022, 18:07
    • 319

Qubadlıda şok hadisə - Şirkət işçiləri həbs edildi

Qubadlı rayonunda fəaliyyət göstərən tikinti şirkətlərindən birinin əməkdaşları arasında dava-dalaş olub.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 1-də işğaldan azad edilmiş rayonun Xanlıq kəndində baş verib. Türkiyənin “Polat yol” şirkətində sürücü işləyən 1985-ci il təvəllüdlü Cavid Quliyev və 1977-ci ildə anadan olmuş Elnur İsayev arasında gördükləri işə görə narazılıq olub.

Bu səbbədən onlar Xanlıq kəndində dalaşıblar. Əraziyə gələn polislər hər iki şəxsi saxlayaraq Qubadlı Rayon Polis Şöbəsinə aparıb.
Asayşi pozan şirkət işçilərinin hər birinə 10 sutka inzibati həbs cəzası verilib.