Vətən Müharibəsi şəhidinin ailəsində faciə: Atası rəhmətə getdi - FOTO

Vətən Müharibəsi şəhidinin ailəsində faciə: Atası rəhmətə getdi - FOTO Hadisə
Vətən Müharibəsi şəhidi, əsgər Aslan Əliyevin atası Elman Əliyev vəfat edib.

News24.az-ın məlumatına görə, o, Göyçay rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, Əliyev Aslan Elman oğlu 23.09.2001-ci ildə Göyçay rayonu, Hacalıkənd kəndində anadan olub.

Aslan Vətən müharibəsində igidlik və mərdlik göstərərək 08.11.2020-ci ildə Xocavənd  istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.
Vətən Müharibəsi şəhidinin ailəsində faciə: Atası rəhmətə getdi - FOTO Vətən Müharibəsi şəhidinin ailəsində faciə: Atası rəhmətə getdi - FOTO