Azərbaycanda daha bir məktəbli vəfat etdi – FOTO
    • 8-09-2022, 10:49
    • 322

Azərbaycanda daha bir məktəbli vəfat etdi – FOTO

Azərbaycanda 11 yaşlı məktəbli oğlan vəfat edib.

News24.az-ın məlumatına görə, 2011-ci il təvəllüdlü Ramin Əliyev dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi və uzun müddət aparılan müalicələrə baxmayaraq həyatının xilas edilməsinin mümkünsüz olduğu bildirilib.

Qeyd edək ki, ötən gün Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin 10-cu sinif şagirdi İba Zahid oğlu Həmzəyev də ağır xəstəlik səbəbindən vəfat edib.