“VAZ-21011” qaçırıb qəza törədən şəxs saxlanıldı
    • 8-09-2022, 11:50
    • 246

“VAZ-21011” qaçırıb qəza törədən şəxs saxlanıldı

Cəlilabadda avtomobil qaçıran şəxs saxlanılıb.

Bu barədə News24.az-a DİN-dən bildirilib.

Cəlilabad Rayon Polis Şöbəsinə sentyabrın 6-da saat 23 radələrində şəhər ərazisindən Əliabad kənd sakini A.Tağıyevə məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Sərhədabad kəndi ərazisində aşmış vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Hacıməmmədli kənd sakini, əvvəllər məhkum olunmuş Şəmsi Bayramov müəyyən edilərək saxlanılıb.

Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.