Rusiyada meymunçiçəyinə ikinci yoluxma qeydə alındı
    • 8-09-2022, 14:36
    • 303

Rusiyada meymunçiçəyinə ikinci yoluxma qeydə alındı

Rusiyada ikinci dəfə meymunçiçəyi virusuna yoluxma halı aşkarlanıb.

News24.az bildirir ki, yoluxma Sankt-Peterburqda Avropadan qayıdan kişidə aşkarlanıb.

O, xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükənin olmadığı bildirilib.

Qeyd edək ki, Rusiyada meymunçiçəyinə ilk yoluxma halı bu ilin 12 iyul tarixində aşkarlanıb./Medicina.az/