Stiv Cobsun qızı “iPhone 14”-ü ələ saldı – FOTO
    • 8-09-2022, 16:29
    • 443

Stiv Cobsun qızı “iPhone 14”-ü ələ saldı – FOTO

“Apple” şirkətinin yaradıcısı Stiv Cobsun qızı İv Cobs İnstaqram hesabında “iPhone”-nun yeni modelini ələ salıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, İv Cobs modellər arasında heç bir fərq olmadığını və bununla şirkətin heç bir yenilik eləmədiyini bir foto ilə ifadə edib. o, fotonun altında ““Apple”-ın bugünki təqdimatından sonra “iPhone 13”-dən “iPhone 14”-ə keçəndə mən”- deyə, qeyd edib.

Bir çox sosial şəbəkə istifadəçiləri də bu cür paylaşımlar edərək İv Cobsa dəstək veriblər.

Vüsalə Babaşova