-
- 9-09-2022, 12:04
- 395
Rəngli şlyapaları və atları sevən Kraliça II Elizabetin həyat hekayəsi – Övladlarından niyə narazı idi?
Xəbər verdiyimiz kimi, İngiltərə Kraliçası II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Bu il taxtda oturmasının 70-ci ilini "Platin Yubiley" adlanan tədbirlərlə qeyd edən kraliça Soyuq Müharibədən Avropa Birliyinin qurulmasına, Berlin Divarının yıxılmasından tutmuş koronavirus pandemiyasına qədər onlarla hadisənin şahidi olub.
News24.az İngiltərə Kraliçasının həyatındakı bəzi maraqlı məqamlara işıq tutmağa çalışıb. Beləliklə...
O, taxta necə çıxıb?
II Elizabet 10 yaşına qədər taxtın ilk varisi belə olmayıb. O, atasının 6 fevral 1952-ci ildə qəfil ölümündən sonra - 26 yaşında taxta çıxıb. Atasının ölüm xəbərini alanda Elizabet Keniyada rəsmi səfərdə idi. Londondakı taxt-tac şurası ölkəyə gəlməmiş tələsik onu yeni kraliça elan edib. Beləliklə gənc qadın şahzadə kimi getdiyi Keniyadan kraliça kimi qayıdıb.
O, taxta çıxanda Stalin SSRİ-nin rəhbəri idi
Şahzadə "İkinci Elizabet" adını alıb və 2 iyun 1953-cü ildə rəsmi mərasimlə taclanıb. O, vəzifəyə gələndə Harri Truman ABŞ-ın, İosif Stalin isə Sovet Rusiyasının başında idi. İndiyədək Uinston Çörçilldən tutmuş Liz Trussa qədər 15 Britaniya baş nazirini görüb. O, hakimiyyəti dövründə bir çox müstəmləkələrinin müstəqilliyini elan etməsi, Soyuq Müharibə dövrü, Avropa Birliyinin yaranması və nəhayət, ölkəsinin Avropa İttifaqından çıxması (Brexit) kimi bir çox tarixi hadisələrin şahidi olub.
Kraliça taxta çıxmazdan əvvəl Şahzadə Çarlz və Şahzadə Anna, vəzifədə olarkən isə Şahzadə Adrey və Şahzadə Edvardı dünyaya gətirib.
Şahzadə Diananın ölümü ilə bağlı fərziyyələr onu narahat edirdi
1947-ci ildə evləndiyi Şahzadə Filiplə planlı bir həyat sürməyə çalışsa da, uşaqları böyüyəndə kraliçanı özündən çıxara bilib. Belə ki, taxtın bir nömrəli varisi və kraliçanın böyük oğlu olan şahzadə Çarlz 1996-cı ildə evləndiyi xanım Dianadan sensasiyalı şəkildə boşanıb. Şahzadə Diananın boşanma prosesində kral ailəsinə qarşı verdiyi təəccüblü müsahibələr isə Elizabeti sarsıdıb. 1997-ci ildə misirli milyarder Dodi əl-Fayedlə Parisdə paparassilərdən qaçarkən yol qəzasında həyatını itirən Diananın ölümü ilə bağlı fərziyyələr kraliçanı hər zaman narahat edib.
Şahzadə Çarlz 2005-ci ildə hazırkı həyat yoldaşı Kamilla ilə evlənib, lakin şahzadə Diana ilə evliliyi zamanı ikisinin birlikdə olması iddiaları gündəmdən düşməyib. Kraliça son çıxışında Şahzadə Çarlzın taxta keçəcəyi təqdirdə Kamillanın "kraliça" ola biləcəyini açıqlayıb.
Övladları Kraliçanı məyus edib
Şahzadə Çarlz kraliçanı incidən yeganə övladı deyildi. Kiçik oğlu Şahzadə Edvarddan başqa, bütün digər övladları qalmaqalla boşanıblar. Səkkiz nəvəsi olan Elizabet, Çarlz və Diananın kiçik oğlu Harrinin krallıq titullarından imtina edərək amerikalı həyat yoldaşı ilə birlikdə ABŞ-a köçməsindən sonra çətin anlar yaşayıb.
Son olaraq, oğlu Şahzadə Endryu kraliçanı çətin vəziyyətə salıb. O, ABŞ-da seks qalmaqalı ilə bağlı məhkəmədə ifadə verməli olduğu üçün Şahzadə Endryu bütün hərbi titullarından və kral vəzifələrindən məhrum edilib. Ötən il 73 illik həyat yoldaşı Şahzadə Filipi itirən kraliça bu il ilk dəfə taxta çıxmasının ildönümünü əri olmadan qeyd edib.
Rəngli şlyapaları və atları sevirdi
Britaniya mətbuatında çıxan xəbərlərdə 9 aprel 2021-ci ildə ərinin ölümündən sonra kraliçanın səhhətinin pisləşdiyinə dair şərhlər yayılıb. Kraliça II Elizabet hər zaman başındakı fərqli şlyapaları, rəngli çantaları və atlara olan sevgisi ilə tanınıb. Ona verilən hədiyyələr arasında 1956-cı ildə “Zaman” adlı məşhur Qarabağ atı da var. Qarabağ atları dəfələrlə Kral Vindzor At Şousunda çıxış ediblər.
Qeyd edək ki, Kraliça II Elizabet nənəsi Kraliça Viktoriyanın 63 illik səlahiyyət müddətini keçərək Britaniya monarxiyasının ən uzun müddət rəhbərlik etmiş kraliçası olub. O, 27 may 2024-cü ilə qədər vəzifəsində qala bilsəydi, Fransa kralı 14-cü Lüdviqin 72 illik rekordunu qıracaqdı./Sfera.az/

ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.