Kraliça II Elizabet top atəşi ilə anılıb
    • 9-09-2022, 21:21
    • 305

Kraliça II Elizabet top atəşi ilə anılıb

Kraliça II Elizabet Böyük Britaniyanın müxtəlif nöqtələrində atılan top atəşi ilə anılıb.

News24.az xəbər verir ki, bu mərasim Londonun məşhur Hayd parkında və London Qülləsində baş tutub.

Bundan əlavə, Şotlandiyanın Edinburq və Uelsdəki Kardiff qəsrlərindən, həmçinin Britaniya ərazisi olan Cəbəllütariqdə də artilleriya atəşi açılıb.

Yerli vaxtla saat 20:00-da Kraliça II Elizabetin Müqəddəs Pavel Katedralında anım mərasimi keçiriləcək.