Ukrayna limanlarından 2,5 milyon ton taxıl daşınıb
    • 9-09-2022, 23:34
    • 333

Ukrayna limanlarından 2,5 milyon ton taxıl daşınıb

İstanbulda Birgə Koordinasiya Mərkəzi fəaliyyətə başlayandan Ukrayna limanlarından 2,5 milyon tondan çox taxıl daşınıb.

News24.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Bildirilir ki, indiyədək 105 gəmi Ukrayna limanlarını tərk edib. Ümumilikdə taxıl anlaşmasından sonra 2,5 milyon ton yük daşınıb. Gəmilərdən 39-u təyinat nöqtəsinə çatıb, 66-sı isə yoldadır.