Ukraynanın taxıl daşıyan gəmisi yoxa çıxıb
    • 16-08-2022, 12:21
    • 305

Ukraynanın taxıl daşıyan gəmisi yoxa çıxıb

Ukrayna taxıl daşıyan gəmisinin yoxa çıxdığını açıqlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna rəsmiləri “Razoni” adlı gəminin Livanda qəbul edilmədiyini, başqa yerə üzdüyünü təxmin edirlər.

Gəmi sonuncu dəfə Kipr adasının şərq sahilində görünüb. “Associated Press” gəmi Suriyadakı limana doğru hərəkət etdiyi üçün izləmə cihazını söndürdüyünü təxmin edib.  

Qeyd edək ki, son 3 gündür ki, gəmi ilə əlaqə kəsilib. 

Vüsalə Babaşova