Rumıniya gəmisi Qara dənizdə minaya düşdü
    • 10-09-2022, 00:27
    • 376

Rumıniya gəmisi Qara dənizdə minaya düşdü

Qara dənizdəki Konstansa limanı ərazisində Rumıniya Hərbi Dəniz Qüvvələrinə aid gəmi zərərsizləşdirmək istədiyi minaya düşüb.

News24.az xəbər verir ki, bu barədə sentyabrın 9-da Rumıniya Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, “Leytenant Dimitrie Nicolescu” adlı yedək gəmisi minanı zərərsizləşdirmək üçün əraziyə gəlib. Təhlükəsizlik tədbirləri görülsə də, əlverişsiz hava şəraiti səbəbindən döyüş gəmisi minaya düşüb. Partlayış gəminin arxa hissəsində baş verdiyi üçün 75 ekipaj üzvündən heç biri xəsarət almayıb.