“Qarabağ” - “Nant” oyununa satılan biletlərin sayı açıqlandı
    • 12-09-2022, 22:09
    • 313

“Qarabağ” - “Nant” oyununa satılan biletlərin sayı açıqlandı

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Nant” (Fransa) matçına bilet satışı davam edir.

News24.az kluba istinadən xəbər verir ki, bu gün satışa çıxarılan biletlərin artıq 21 000 ədədi alınıb.

Bildirilib ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.