Məşhur aktrisa xəstə uşaqları sevindirdi - FOTO
    • 2-01-2019, 13:39
    • 1 034

Məşhur aktrisa xəstə uşaqları sevindirdi - FOTO

Hindistanın dünya şöhrətli aktrisası Ayşvariya Ray Baççan yeni ildə xəstə uşaqları sevindirib.

News24.Az xəbər verir ki, 45 yaşlı aktrisa Mumbayda yerləşən uşaq xəstəxanasını ziyarət edib və yeni ili onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla birgə qeyd edib. O, xəstə uşaqlara bayram hədiyyəsi bəxş edib və onlarla birgə əylənib. Hətta "Banti və Babli" hind filmindən məşhur "Kajra Re" mahnısının sədaları altında uşaqlarla birgə rəqs də edib. 

Bayramdan sonra instagram səhifəsində Ayşvariya xəstə uşaqların xəstəliyə qarşı apardıqları mübarizədən, dözümlülükdən heyrətləndiyini qeyd edib. O, bütün xəstə uşaqlara Allahdan şəfa, ailələrinə səbr diləyib. Aktrisa uşaqların güclü ruh hallarının qarşısında baş əydiyini yazıb. 

News24.Az