Kürdəmirdə dəhşətli qəza: Minik avtomobili “Kamaz”a çırpıldı - FOTO
    • 12-09-2022, 22:56
    • 317

Kürdəmirdə dəhşətli qəza: Minik avtomobili “Kamaz”a çırpıldı - FOTO

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-21010 markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıda gedən “Kamaz” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə VAZ markalı nəqliyyat vasitəsində olan dörd nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır./Report/