Kürdəmirdə dəhşətli qəza: ata, ana və qızı öldü, 3 nəfər yaralandı - Yeniləndi-VİDEO
    • 14-08-2021, 17:27
    • 480

Kürdəmirdə dəhşətli qəza: ata, ana və qızı öldü, 3 nəfər yaralandı - Yeniləndi-VİDEO

Kürdəmirdə baş verən qəzada ölən və yaralananların kimliyi bəlli olub.

Ölənlər Zərdab rayon sakinləri 46 yaşlı Hüseynov Qalib Sabiq oğlu, 35 yaşlı Hüseynova Aytəkin Heydər qlzı, 11 yaşlı Hüseynova Gülər Qalib qızı, xəsarət alanlar 12 yaşlı Hüseynli Aynur Qalib qızı və 6 yaşlı Hüseynov Sabiq Qalib oğludur. /Report/

17.20

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 43 yaşlı Rauf Məmmədovun idarə etdiyi "166" yükdaşıma xidmətinə məxsus "Mercedes" markalı iritutumlu yük maşını Kürdəmir istiqamətində hərəkətdə olan "Mercedes" markalı digər avtomobil arxadan ona çırpılıb.

Nəticədə minik maşınında olan sərnişinlərdən 3 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /Report/