Yardımlı və Lerikdə qaz olmayacaq
    • 13-09-2022, 14:05
    • 248

Yardımlı və Lerikdə qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Tüklə-Ordahal” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı avqustun 14-ü saat 13:00-dan etibarən təmir işləri başa çatanadək “Lerik”, “Ordahal”,  “Yardımlı” və “Əngəvül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

News24.az xəbər verir ki, bu barədə məlumatı “Azəriqaz” İstehsalat Birliyi yayıb.

Təmir işləri görülən müddətdə Yardımlı rayonunun (tam olaraq), Lerik rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.