Bu rayonun qaz təchizatında fasilə yaranacaq
    • 10-05-2022, 19:36
    • 362

Bu rayonun qaz təchizatında fasilə yaranacaq

Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

News24.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə 11.05.2022-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağstafa şəhəri daxil olmaqla, rayonunun 16 kəndinin  qaz təchizatında fasilə yaranacaq.