Ailəsi Şumaxerin sağlıq durumu ilə bağlı açıqlama yayıb
    • 2-01-2019, 15:11
    • 975

Ailəsi Şumaxerin sağlıq durumu ilə bağlı açıqlama yayıb

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin sağlıq durumu ilə bağlı məlumatların məxfi saxlanılmasının səbəbi bilinib.


Bu barədə almaniyalı sabiq pilotun ailəsi rəsmi sayt vasitəsi ilə açıqlama yayıb. Bildirilir ki, proses Şumaxerin istəyi ilə tənzimlənir: “Şumaxerin ən etibarlı əllərdə olduğuna və ona köməklik göstərmək üçün hər şey etdiyimizə əmin ola bilərsiniz. Xahiş edirik, anlayın, biz Mixaelin istəyin nəzərə alaraq, onun sağlamlığı ilə bağlı məlumatları məxfi saxlayırıq”.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilın sentyabrından İsveçrədəki evində davam etdirilir. 

//Report