-
- 2-01-2019, 16:15
- 872
Azərbaycanda nə qədər hemofiliyalı хəstə var?
Hazırda respublikada 1621 hemofiliyalı xəstə qeydiyyatdadır.
Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsindən bildirilib ki, Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısının alınması istiqamətində konkret addımlar atılır.
Belə ki, il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub: “Hazırda 1100-dən çox xəstənin dövlət hesabına innovasion preparatlarla təminatı həyata keçirilir. Beləliklə, əvvəllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşıb və bəzi hallarda sağalması mümkün olub”.
Şöbə müdiri qeyd edib ki, son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq həllini tapıb. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə ödənişsiz təmin olunurlar: “İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 900-dən çox insan var və dövlət onların dərman preparatları ilə təminatını öz üzərinə götürüb”.
//Bizimyolinfo