-
- 15-09-2022, 11:59
- 329
MİDA-nın onlayn satışı yenidən baş tutmadı
MİDA-nın bu gün keçirilməli olan onlayn satışı yenidən baş tutmadı.
News24.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
O bildirib ki, asan login sisteminə hücum olub.
Səlahiyyətli qurumların nümayəndələri açıqladılar ki, satışa qısa müddət qalmış Asan Login sistemində problemlər müşahidə olunub.
İstifadəçilər Asan login vasitəsilə eGov-a giriş edə bilməyiblər.
Belə olan halda isə məlum olub ki, istifadəçilərin bir hissəsi sistemdə olduğu halda digərləri daxil olmaqda çətinlik çəkirlər.
eGov-a cavabdeh qurumlar Asan login və eGov sistemlərinə hədsiz çox sorğular olmasını müəyyən ediblər.
Satışadək aparılan testlərə görə bu sorğular məhdud çərçivədə olmalıydı.
Sistemə olan çoxsaylı sorğuları Asan login rəsmiləri təhdid, kənar müdaxilə olaraq dəyərləndiriblər.
Qısası, güman etmək olar ki, Asan login sisteminə kiber hücum olub.
Bunu nəzərə alaraq rəsmilər bu gün üçün nəzərdə tutulan satışı keçirməyi məqsədəuyğun hesab etməyiblər.
Yəni, bu dəfə problem MİDA sistemində deyil, Asan login sistemində olub.