"Tariximizin ən şəfərli səhifəsi Vətən müharibəsindəki qələbəmizdir"-Fəzail İbrahimli
    • 15-09-2022, 14:51
    • 230

"Tariximizin ən şəfərli səhifəsi Vətən müharibəsindəki qələbəmizdir"-Fəzail İbrahimli

"Azərbaycanın dünən də, bu gün də güman və güvən yeri Türkiyə olub. 1918-ci ildən 104 il keçib. Dostumuz dost kimi, düşmənimiz düşmən kimi qalır. Tarix və hadisələr yenə də təkrarlanır. Tariximizin ən şəfərli səhifəsi Vətən müharibəsindəki qələbəmizdir. Azərbaycan  tarixin ən çətin səhifələrindən üzüağ çıxıb. Əzilib, amma üzülməyib".

News24.az-ın məlumatına görə bunu "Türkiyə Azərbaycan münasibətlərinin dünəni və gələcəyi simpozium"unda millət vəkili Fəzail İbrahimli deyib.

O, Qarabağ şəhidlərini də yad edib: "Heç bir ana övladını nəyəsə dəyişməz. Qarabağ müharibəsində igidlərimiz vətən yolunda şəhid oldular. Üzülürük, kədərlənirik. Ancaq bir məsələ var ki, boyumuz artıq yüksəkdir. Dövlət başçımız dünya liderlərinin yanında dayananda həm fiziki, həm mənəvi uca olur".