Şəhid kapitanın ailəsində AĞIR İTKİ
    • 3-08-2022, 10:16
    • 407

Şəhid kapitanın ailəsində AĞIR İTKİ

Vətən Müharibəsi şəhidi, kapitan Fəzail Əliyevin ailəsində faciə baş verib.

News24.az-ın məlumatına görə, şəhidin anası Validə Əliyeva vaxtsız vəfat edib.

O, yaşadığı Zaqatala rayonunda dünyasını dəyişib.

Allah rəhmət eləsin.

Qeyd edək ki, Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Fəzail ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.