Almaniya klubu son üç mövsümdə futbolçularının satışından 476 milyon avro qazanıb
    • 2-01-2019, 18:33
    • 1 328

Almaniya klubu son üç mövsümdə futbolçularının satışından 476 milyon avro qazanıb

Almaniyanın “Borussiya” komandası son üç mövsümdə futbolçularının satışından 476 milyon avro gəlir əldə edib.

Dortmund təmsilçisi 2016/17 mövsümündə Henrix Mxitaryan (“Arsenal”, İngiltərə), Mats Hummels (“Bavariya”, Almaniya), İlkay Gündoğan (“Mançester Siti”, İngiltərə) və Yakub Blaşikovskinin (“Volfsburq”, Almaniya) satışından, ümumilikdə, 111milyon avro qazanıb.
Növbəti mövsümdə klubu tərk edən Usman Dembele (“Barselona”, İspaniya), Pyer-Emerik Obameyanq (“Arsenal”, İngiltərə), Mattias Qinter (“Borussiya”, Münhenqladbax), Emre Mor (“Selta”, İspaniya), Sven Bender (“Bayer”, Almaniya) və Adrian Ramosdan (“Çuntsin Lifan”, Çin) əldə edilən vəsait 251 milyon avro təşkil edib.
Andrey Yarmolenko (“Vest Hem”, İngiltərə), Sokratis Papastatopulos (“Arsenal”, İngiltərə), Mikel Merino (“Nyukasl”, İngiltərə), Qonsalo Kastro (“Ştutqart”, Almaniya), eləcə də bu gün İngiltərə “Çelsi”sinə keçən Kristian Pulişiç klubun büdcəsini 114 milyon avro zənginləşdirib.

//Report