Zaqatalada qanunsuz ov edən qohumlar saxlanıldı - FOTO
    • 15-09-2022, 15:40
    • 216

Zaqatalada qanunsuz ov edən qohumlar saxlanıldı - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Uzunqazmalar kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı onların rayon sakinləri, qohumlar - İlqar Bayramovla Bəxtiyar Musayev olduqları müəyyən edilib.

Həmin şəxslərdən müvafiq sənədləri olmayan 2 ov tüfəngi və həmin silaha aid patronlar, eləcə də ovladıqları çöl heyvanının əti aşkar edilərək götürülüb.

İ.Bayramov və B.Musayev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.