Hisslə məşhur aparıcı arasında şəhidimizə görə qalmaqal- VİDEO
    • 15-09-2022, 17:34
    • 318

Hisslə məşhur aparıcı arasında şəhidimizə görə qalmaqal- VİDEO

Gənc müğənni Hiss (Röya Məmmədli) ilə aparıcı Amil Xəlil arasında qarşıdurma yaranıb.

News24.az xəbər verir ki, bu barədə teleaparıcı sosial şəbəkə hesabında məlumat verib.

O, bildirib ki, apardığı araşdırmadan sonra müğənni ona yazaraq şəhidlə şəklinin yanaşı paylaşılmasını istəmədiyini və paylaşımın silinməsini tələb edib:

“Dünən şəhid qardaşımız Səbuhi Əhmədovla bağlı araşdırmamı təqdim etmişdim. Ulu öndərimizlə görüşdə çəkilən görüntüləri yayımladım. Görüntüləri ortaya çıxardanda bəlli oldu ki, müğənni Hiss də görüş zamanı SOS uşaq kəndində olub. Bu barədə də araşdırmada məlumat verdim. 

Dünən bizim qaynar xəttimizə onun meneceri zəng edərək videonun silinməsini istəyib. Halbuki, görüntülər Space Tv-nin arxivində olan sənədli filmdəndir. Əməkdaşlaırmız səbəbini soruşanda "menecer" cavab vermək istəməyib. 

Axşam baxıram ki, müğənni Hiss özü mənə “İnstagram”da yazıb və şəhidimizlə yanaşı çəkilən adının və videosunun silinməsini tələb edir. 

Üstəlik hisslərinə sahib çıxa bilməyən xanım müğənni bir az çərçivəni aşır. İnsan keçmişindən utanarmı? Üstəlik mən fəxr edərəm ki, adım şəhidlərlə bərabər çəkilsin. Yoxsa niyə silinməsini tələb edər ki? 

Yazışmalar məndə qalır. Qanun-qaydanı da gözəl bilirəm. Hər halda media haqqında qanunu açıb oxumağınızı da tələb edirəm. Belə biabırçılqdan uzaq olun, xahiş edirəm. 

Nə yalan söyləyim, dinlədiyim müğənnilərdən biri idi. Artıq sözüm yoxdur... 

Qaldı ki, mənim işimə, xanım müğənni, sizləri gündəmə gətirən elə mediadır. Bunu unutmayın!”

Həmin görüntüləri təqdim edirik: