Dilarə  ilə Xose Bernardo arasında gərginlik: "Axşam görərsən!"
    • 18-12-2018, 18:15
    • 1 192

Dilarə ilə Xose Bernardo arasında gərginlik: "Axşam görərsən!"

"Maşın Şou"nun "Hind Kinosu" adlı 17-ci buraxılışında hərarət yüksəlir.

News24.az xəbər verir ki, yarışmanın "İnstagram" səhifəsində yeni görüntülər yayımlanıb.

Görüntülərdə müğənni Dilarə Kazımova və aparıcı Xose Bernardo arasında qalmaqal yaşandığı əks olunub.

Belə ki, Xose avtomobilin qarşı tərəfinə keçmək istəyən müğənniyə yol verməyib. Bunu görən Dilarə əsəbləşib: "Mən buradan keçmək istəyirəm.

Bu nə danışıqdır? Mənimlə əl-qol ilə danışma. Çıxartmaq istəyirsənsə, de... Axşam baxarsan".

Sözügedən görüntüləri təqdim edirik: