Ərdoğandan Bakının azad olunması ilə bağlı - PAYLAŞIM
    • 15-09-2022, 23:04
    • 350

Ərdoğandan Bakının azad olunması ilə bağlı - PAYLAŞIM

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümü münasibəti ilə Tvitterdə paylaşım edib.

News24.az-ın xəbərinə görə, paylaşımda deyilir: “Dostumuz, qardaşımız, ayrılmaz parçamız olan Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Əvvəl olduğu kimi indi də haqlı mübarizəsində Azərbaycanlı qardaşlarımızın yanında olacağıq”.