3 yaşlı uşaq dərman udaraq zəhərləndi
    • 16-09-2022, 12:39
    • 339

3 yaşlı uşaq dərman udaraq zəhərləndi

Ağdaşda üç yaşlı uşaq dərmandan zəhərlənib.

News24.az "Report"-a istinadla xəbər verir ki, rayon sakini, 2019-cu il təvəllüdlü M.Həşimova evdə nəzarətsiz qalaraq dərman həbləri udub.

O, dərhal xəstəxanaya çatdırılıb.

Azyaşlıya dərman zəhərlənməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.