Deputat dövlət əleyhinə danışanların HƏBS EDİLMƏSİNİ təklif etdi
    • 16-09-2022, 15:38
    • 2 324

Deputat dövlət əleyhinə danışanların HƏBS EDİLMƏSİNİ təklif etdi

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Elman Məmmədov dövlət əleyhinə danışanlara qarşı sərt tədbirlər görülməsini təklif edib. 

News24.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Elman Məmmədov qeyd edib ki, ölkə daxilində bəzi dairələr dövlətin təhlükəsizliyinə qarşı fikirlər səsləndirir. 

“Oturublar, ağıllarına gələni danışırlar. Xaricdə oturanları başa düşdük, onları həbs etmək bizim səlahiyyətimizdə deyil. Yaxşı, bəs Azərbaycanın daxilində oturanlar niyə həbs edilmir?” - deyə o əlavə edib. 

Deputat təklif edib ki, dövlətin təhlükəsizliyi üçün təhdid yaradanlar haqqında qanunun ən sərt üzü göstərilməlidir.