Azərbaycanda 83 və 87 yaşlı şəxslər faciəvi şəkildə öldü
    • 16-09-2022, 16:51
    • 620

Azərbaycanda 83 və 87 yaşlı şəxslər faciəvi şəkildə öldü

Sumqayıtda 83 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

News24.az-ın əldə etdiyi məlumata görə, şəhərin 41-ci məhəllə adlanan ərazisində yaşayan Qubadlı rayon sakini, 1939-cu il təvəllüdlü H.Məmmədova yaşadığı evin eyvanından yıxılıb. O, xəstəxanayaa çatdırılsa da, vəfat edib.

Digər hadisə isə Gəncə şəhərində baş verib. Şəhər sakini, 1935-ci il təvəllüdlü Xəlil Yusifli evinin həyətində hündürlükdən yıxılıb. 87 yaşlı şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.