-
- 17-09-2022, 01:30
- 287
Çində meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
Çinin Çonçin bələdiyyəsində meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin Çonçin bürosu xəbər verir ki, yoluxma xaricdən gələn şəxsdə aşkarlanıb. Belə ki, Çində COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan qaydalara əsasən xaricdən gələnlər 7-10 gün müddətinə karantinə cəlb edilir. Karantin müddətində həmin şəxsdə xəstəlik əlamətləri, o cümlədən qızartı müşahidə olunub. Onun meymunçiçəyi testinin nəticəsi pozitiv çıxıb. Hazırda müalicə alan pasiyentin vəziyyəti sabitdir, növbəti COVID-19 testi isə neqativ olub.
Səlahiyyətli qurumlar meymunçiçəyinə yoluxan şəxslə yaxın təmasda olanları müəyyənləşdirərək, təcrid ediblər.
Qeyd edək ki, ilk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında aşkarlanmış meymunçiçəyi xəstəliyi cari ilin may ayında Böyük Britaniyada qeydə alınıb və o vaxtdan dünyanın bir sıra ölkələrində yoluxmalar aşkarlanıb. Meymunçiçəyi virusunun əlamətləri başağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü büruzə verə bilər. İyulun 23-də Dünya Səhiyyə Təşkilatı virusun yayılmasını ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. /Trend/