Avtomobildən 7790 manat pul oğurlayan şəxs saxlanıldı
    • 17-09-2022, 15:04
    • 369

Avtomobildən 7790 manat pul oğurlayan şəxs saxlanıldı

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisində “BMW” markalı bir avtomobildən 7790 manatın oğurlanması barədə müraciət daxil olub. 

News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş  Fəzail Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.