Tayvanda güclü zəlzələ olub
    • 18-09-2022, 11:21
    • 377

Tayvanda güclü zəlzələ olub

Bazar günü Tayvanın şərqində 7,2 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Yujing bölgəsində, ocaq isə təxminən 10 km dərinlikdə yerləşib.

Yaponiyanın Okinava prefekturasındakı Miyakojima adasında sunami xəbərdarlığı edilib. Dalğanın hündürlüyü təxminən 1 m ola bilər.