Elazığ yenidən silkələndi
    • 14-02-2020, 01:00
    • 1 940

Elazığ yenidən silkələndi

Türkiyə Elazığ əyalətində 3,5 bal gücündə zəlzələ baş verib.


News24.az  Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 17:28-də qeydə alınan yeraltı təkanların episentri Sivrice rayonundan 3 kilometr şimal-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.


Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.


Xatırladaq ki, daha əvvəl "UTC" vaxtı ilə saat 16:30-da Elazığ əyalətində 3,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri Sivrice rayonundan 7 kilometr şimalda, ocağı isə 1 kilometr dərinlikdə yerləşib.