Abşeron sakini qardaşı arvadını qətlə yetirib

Abşeron sakini qardaşı arvadını qətlə yetirib Kriminal
Yanvarın 2-də Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Elçin Məmmədovun evinə gəlmiş qardaşı Rafiq münaqişə zəminində onun arvadı Əqidə Məmmədovanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, o, aldığı xəsarətdən hadisə yerində ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb.

//Report