Cəlilabadda məktəbli qız intihar etdi
    • 19-09-2022, 14:59
    • 322

Cəlilabadda məktəbli qız intihar etdi

Azərbaycanda 16 yaşlı qız intihar edib.

News24.az-ın məlumatına görə, hadisə Cəlilabad rayonunun Sabirabad kəndində qeyd alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü İlkanə Ruslan qızı Fətullayeva yaşadığı evdə dərman içərək intihar edib.

Qeyd edək ki, İlkanə Fətullayeva Sabirabad kənd 1 nömrəli orta məktəbinin 11-ci sinif şagirdi olub. 

Faktla bağlı araşdırma aparılır./Lent.az/