Erməni tennisçini udan Əhmədzadə 1/4 finala yüksəldi
    • 20-09-2022, 01:43
    • 202

Erməni tennisçini udan Əhmədzadə 1/4 finala yüksəldi

Azərbaycanın yeniyetmə stolüstü tennisçisi Adil Əhmədzadə Gürcüstanın paytaxtı Tiflisdə keçirilən “Wtt Youth Contender Tiflis” turnirində 1/4 finala yüksəlib.

Federasiyadan News24.az -a verilən məlumata görə, 17 yaşadək idmançıların mübarizəsində qüvvəsini sınayan Əhmədzadə 1/8 finalda İran təmsilçisi Seyedsina Horeyşianı üstələyib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrup mərhələsində iranlı Nima Naqavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində qələbə qazanıb.