"Bakı Metropoliteni"nin sabiq işçisinin məhkəməsi başlayıb
    • 3-01-2019, 14:50
    • 936

"Bakı Metropoliteni"nin sabiq işçisinin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ümüd Kərimov və Elçin Teymurovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, Ü.Kərimov "Bakı Metropoliteni" QSC-də qaynaqçı vəzifəsində çalışıb.
Məhkəmənin baxış iclası iclası yanvarın 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2018-ci ilin avqustun 31-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib. Ü.Kərimovla E.Teymurov Bakı şəhər sakini Ələkbər Rəcəbovun taksi xidməti göstərdiyi avtomobilə sərnişin qismində oturub, Qala qəsəbəsinə gedəcəklərini bildiriblər.

Qala qəsəbəsinin ərazisində onlar sürücünü bıçaqla hədələyib, 35 manat pulunu, mobil telefonunu və avtomobilin açarlarını alaraq hadisə yerindən qaçıblar.

Xəzər Rayon Polis İdarəsinin əməliyyatçıları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ü.Kərimov və E.Teymurovu Qala qəsəbəsi ərazisində saxlayıblar. Onlardan içərisində 2 ədəd bıçaq, yapışqanlı lent və idman paltarı olan çanta götürülüb.

//Report