Türkiyədə dəhşətli qəza: 6 nəfər öldü - FOTO
    • 25-09-2022, 13:41
    • 286

Türkiyədə dəhşətli qəza: 6 nəfər öldü - FOTO

Türkiyənin Malatya vilayətinin Akçadağ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza Kayseri-Malatya şosesinin Muratlı məhəlləsi ərazisindən keçən hissəsində baş verib. Minik avtomobili ilə TIR-ın toqquşması nəticəsində altı nəfər həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. TIR sürücüsünün həbs olunduğu bildirilir.