MN: Hərbçilərimizin xəsarət alması barədə məlumat qarşı tərəfin təxribatıdır
    • 25-09-2022, 18:34
    • 436

MN: Hərbçilərimizin xəsarət alması barədə məlumat qarşı tərəfin təxribatıdır

"Ermənistanın sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır".

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır: "Yayılan məlumatı qəti surətdə təkzib edirik. Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur".